+ + + + +
Обычная версия сайта
Russian
English
Français
Deutsch
Korean
AZERBAIDJAN
Федеральное государственное бюджетное образовательное учреждение высшего образования "Дагестанский государственный технический университет"

Kompüter texnologiyaları, hesablama texnikası və energetika fakültəsi

Категории

Kompüter texnologiyaları, hesablama texnikası və energetika fakültəsi

Dekan: Mustafayev Arslan Qasanoviç, t.e.d., dosent

Fakültəyə 1979-cu il təvəllüdlü  t.e.d., dosent Mustafayev Arslan Qasanoviç  rəhbərlik edir. O, 2002-ci ildə Kabardino-Balkariya dövlət Universitetinin  magistraturasını bitirmişdir.  2002-ci ilin noyabr ayında Şimali Qafqaz Dövlət Texnologiya Universitetində namizədlik dissertasiyasını, 2011-ci ildə isə doktorluq dissertasiyasını müdafiə etmişdir. 2003-cü ilin sentyabrından bu günədək DDTU-da işləyir.

Dosent A.Q.Mustafayev  elektronika və mikroelektronika, miktorelektronika elementlərinin istehsalı və onların elektrik-fiziki parametrlərinin öyrənilməsi  sahəsində elmi iş aparır. O, 120-dən çox elmi əsərin, o  cümlədən  25 ixtiraçılıq patentinin  müəllifidir.

 

Cəmiyyətin  informasiya texnologiyalarının insan fəaliyyətinin bütün sahələrinə  tətbiq olunduğu dövrdə yaşadığını nəzərə alaraq  kompüter texnologiyaları, hesablama texnikası və energetika fakültəsi bu gün Universitetdə ən böyük və perspektivli fakültələrdən biridir.

Fakültədə aşağıdakı ixtisaslar üzrə mütəxəssis hazırlığı həyata keçirilir:

 

     10.05.03 – «Avtomatlaşdırılmış sistemlərin informasiya təhlükəsizliyi»

     01.03.02 – «Tətbiqi riyaziyyat və informatika»

     13.03.02– «Elektrik enerjisi və elektrotexnika»;

      27.03.04– «Texniki sistemlərdə idarəetmə»;

     09.03.01 – «İnformatika və hesablama texnikası»;

     09.03.04 – «Proqram mühəndisliyi»

Beləliklə, hazırda fakültədə altı ixtisas üzrə ali dərəcəli mütəxəssis hazırlığı həyata keçirilir.  Fakültənin tərkibinə 7 kafedra daxildir. Onlardan 5-i buraxılış kafedrasıdır. Üç mindən çox mütəxəssis yetişdirilmiş, onların əksəriyyəti bu gün istehsalat, nazirlik və idarə rəhbərləridir.

Yarandığı gündən fakültənin kadr potensialı həm keyfiyyət, həm də kəmiyyət baxımdan dəyişmişdir. İlk illər burada 20-yə yaxın müəllim işləyir və onların çox nadirlərinin alimlik dərəcəsi vardı. İndi isə fakültədə mütəxəssis hazırlığını  80-dan çox müəllim, o cümlədən 12 elmlər doktoru, 45-dən çox elmlər namizədi, dosent  həyata keçirir.

Yüksək dərəcəli mütəxəssis yetişdirmək üçün fakültənin  yaxşı maddi-texniki  bazası var. Burada  müasir kompüter texnikası ilə təchiz olunmuş və işçi stansiyalarının lokal şəbəkələrə və  Universitetin   vahid  şəbəkəsinə  birləşdirildiyi 10 kompüter zalı var. Fakültə kafedralarının həmçinin  müasir ölçü cihazları və digər avadanlıqla  təchiz olunmuş 15 tədris və elmi laboratoriyaları var.  

Fakültədə tədris prosesinin metodiki təminatına xüsusi diqqət yetirilir. Müəllimlər tərəfindən 60-dan çox dərs vəsaiti, 450-yə yaxın metodiki tövsiyələr buraxılmışdır. Fakültənin nəzdində kompüter texnikası və texnologiyaları üzrə  dövri və orijinal nəşrlər kitabxanası  yaradılmışdır.  Burada həmçinin  fakültənin özünün proqram sistem və paketləri fondu cəmləşdirilmişdir.

Fakültənin fəaliyyətinin özəyini əməkdaşlar, aspirant və müəllimlərin  elmi işi təşkil edir. Hər il fakültə Universitetin ETİ-nin yerinə yetirilməsinə böyük töhfələr  verir: qrantlar, elmi proqramlar, təsərrüfat əsaslı elmi-tədqiqat işləri yerinə yetirilir. Fakültə alimləri tərəfindən hər il 100-dən çox ixtira qeydiyyatdan keçirilir. Fakültənin ixtiraları həm ölkə daxilində, həm də xaricdə (Almaniya, Türkiyə, Bolqarıstan)  müxtəlif sərgilərdə və forumlarda nümayiş etdirilmiş, medallarla təltif olunmuşdur. Fakültə əməkdaşları son illər 4 doktorluq dissertasiyası və 10-dan çox namizədlik dissertasiyası müdafiə etmişdirlər.  

Fakültə ölkəmizin  bir çox ali məktəb və elmi müəssisələri  (N.E.Bauman adına MDTU, Sankt-Peterburq Dövlət Elektrik-Texniki Universitet, Taqanroq Dövlət Radiotexniki Universiteti, REA İdarəetmə Problemləri Institutu,  REA Proqram Sistemləri Insitututu, REA DEM elmi bölmələri və b.)  ilə sıx yaradıcılıq əlaqələri saxlayır. 

Fakültənin əksər tələbələri əla oxumaqla yanaşı, elmi fəaliyyətlə də məşğul olurlar. Fakültə komandası  DDTU-nun proqramlaşdırma, elektrotexnika, riyaziyyat, fizika və s. üzrə Ümumrusiya olimpiada və müsabiqələrində iştirak edən komandalarının nüvəsini təşkil edir. Bizim fakültəmizdə RF Prezidentinin, RF Hökumətinin, DR Dövlət Şurası və Hökumətinin  və digər fond və idarələrin  adlı təqaüdçüləri təhsil alır.

Fakültə tələbələri və məzunları idman və mədəni tədbirlərin təşkili sahəsində  də çoxlu uğurlar qazanmışlar. Onlar dəfələrlə “Tələbə yazı”  universitetdaxili və ali məktəblərarası müsabiqələrin, sərbəst güləş, boks, dzü-do, armrestlinq və digər idman növlərində  respublika, Ümumrusiya və beynəlxalq turnirlərin  qalibi olmuşlar.

Əlaqə

Ünvan: Şamil pr., 70,  УЛК2

Tel.: 62-00-65

Kabinet: 3-cü mərtəbə.

Elektron poçt: fiu@dstu.ru 

Fakültənin rəsmi saytı: www.fiu.dstu.ru

 

 

 

График работы:

Пн.-Пт.: с 8:30 до 17:30 (перерыв: с 13:00 до 14:00)

Сб.: с 8:30 до 17:30

Контакты: 

Адрес: 367015, Российская Федерация, Республика Дагестан, пр. И.Шамиля, 70

Тел: +7 (8722) 62-00-65

Электронная почта: fiu@dstu.ru