+ + + + +
Обычная версия сайта
Russian
English
Français
Deutsch
Korean
AZERBAIDJAN
Федеральное государственное бюджетное образовательное учреждение высшего образования "Дагестанский государственный технический университет"

Memarlıq-inşaat fakültəsi

Категории

Memarlıq-inşaat fakültəsi

Dekan: Hacışalapov Hacıməhəmməd Nurməhəmmədoviç – d.e.t., professor

2009-cu ildən fakültəyə d.e.t., professor H.N.Hacışalapov rəhbərlik edir. 1983-cü ildə Dağıstan politexnik institutunu bitirmişdir.  1995-ci ilin noyabr ayında  aspiranturanı bitirdikdən sonra  namizədlik dissertasiyasını müdafiə etmişdir. 2006-cı ilə doktorluq dissertasiyasını müdafiə etmişdir. 1986-cı ildən DDTU-da laboratoriya müdiri, memarlıq-inşaat fakültəsinin assistenti, baş müəllimi, dosenti, professoru, kafedra müdiri, dekanı  vəzifələrində çalışmışdır.

 

 

 

Professor H.N.Hacışalapov xüsusi betonlar,  istilik enerjisi qurğuları üçün istilik izolyasiyası və müdafiə konstruksiyalarının  texnologiyaları sahəsində elmi tədqiqatlar aparır. O, 40-dan çox elmi işin, o cümlədən iki monoqrafiyanın (“Reaktorun şaxtasında tətbiq zamanı  istiyə dözümlü yüngül betonların texnoloji amilləri”, “Reaktorun tikintisi zamanı temperaturu yüksəltmək üçün istiyə dözümlü beton və ağır beton”),  12 müəllif  ixtirası   və patentin müəllifidir.

Dağıstan dövlət texniki universitetin memarlıq-inşaat  fakültəsi respublikanın ali inşaat təhsili sistemində Dağıstan və Rusiyanın tikinti kompleksi üçün mühəndis və elmi kadrlar hazırlığı sahəsində öndə olan  yeganə  baza fakültəsidir.

“Sənaye və mülki tikinti” ixtisasına  ilk qəbul 1961-ci ildə  V.İ.Lenin adına Dağıstan Dövlət  Universitetinin mühəndis-texniki fakültəsində həyata keçirilmişdir. O zaman ölkədə  sənaye və tikintinin  sürətli inkişafı yüksək ixtisaslı mütəxəssislər tələb edirdi. Bununla əlaqədar  1966-cı ildə DDU-də ayrıca  inşaat-mühəndis  fakültəsi yaradılmışdır. 

 

 

1972-ci ildə Dağıstan Politexnik Institutu yaradıldıqdan sonra  inşaat fakültəsi  daha da inkişaf edir. Nəhəng laboratoriya yaradılır,  iri layihə və tikinti təşkilatlarında  fakültənin  filialları açılır, tədris-metodiki ədəbiyyatla təminat  işi yaxşılaşır.

 1993-cü ildə “Dağavtoyol” dövlət idarəsinin dəstəyi ilə  fakültədə “Avtomobil yolları və aerodromlar” ixtisası, 1995-ci ildə isə  “İstilik şəbəkələri” müəssisəsinin  dəstəyi ilə “İstilik və qazla təchizat və havalandırma” ixtisası açılır.  2000-ci ildə “Daşınmaz əmlakın ekspertizası  və idarə edilməsi” ixtisası, 2007-ci ildə - “Memarlıq” ixtisası, 2008-ci ildə - “Şəhər tikintisi və təsərrüfatı” ixtisası açılır.  

Memarlıq-inşaat fakültəsində 59 müəllim ştatdadır. Onlardan biri REAAİE müxbir üzvü, 8-i - elmlər doktoru,  10-u – professor, 20-si elmlər namizədi, 21-i dosentdir.

 

 

Hazırda fakültə “İnşaat” istiqaməti üzrə aşağıdakı profillər üzrə mütəxəssis və bakalavr hazırlığını həyata keçirir: «Sənaye və mülki inşaat”, “İstilik təchizatı və havalandırma”, “Daşınmaz əmlakın ekspertizası və idarə edilməsi”, “Şəhər tikintisi və təsərrüfatı”, “Tikinti materialları, məhsul və konstruksiyalarının istehsalı və istifadəsi”, “Hidrotexniki qurğular”, “Unikal bina və qurğuların inşaatı”. “Memarlıq” istiqaməti üzrə  isə “Memarlıq layihələşdirmə” profili üzrə mütəxəssis yetişdirilir.

Hal-hazırda fakültə “İnşaat” istiqaməti üzrə aşağıdakı profillər üzrə mütəxəssis və bakalavr hazırlığını həyata keçirir: «Sənaye və mülki inşaat”, “İstilik təchizatı və havalandırma”, “Daşınmaz əmlakın ekspertizası və idarə edilməsi”, “Şəhər tikintisi və təsərrüfatı”, “Tikinti materialları, məhsul və konstruksiyalarının istehsalı və istifadəsi”, “Hidrotexniki qurğular”, “Unikal bina və qurğuların inşaatı”. Fakültədə həmçinin “Memarlıq” istiqaməti üzrə  “Memarlıq layihələşdirmə” sahəsi üzrə  mütəxəssis yetişdirilir.

 

 

Fakültədə tədris prosesini  aşağıdakı yeddi kafedra həyata keçirir:  “Tikinti konstruksiyaları və hidrotexniki qurğular”,    “Tikintinin, müasir texnologiya və keyfiyyətə nəzarətin   təşkili”, “Materialların müqaviməti, nəzəri və inşaat mexanikası”, “Həndəsə, kompüter qrafikası və geodeziya”, “Daşınmaz əmlakın ekspertizası, idarə edilməsi və istilik və qazla təchizat”, “Materialşünaslıq və  konstruksiya materiallarının  texnologiyası” və “Memarlıq”.

Fakültə  Dağıstan Resublikasının  aparıcı tikinti təşkilat və müəssisələri, maliyyə və riyeltor kompaniyaları, şəhər və rayon rəhbərliyi, müxtəlif idarəetmə strukturları   ilə işgüzar  əlaqələr  saxlayır. Bu, tələbələrə  mükəmməl istehsalat və diplomaqədər  təcrübə almaq imkanı verir, habelə məzunların  gələcəkdə  işlə  təmin olunmasına şərait yaradır.

MİF-nin bazasında 05.23.05 – “İnşaat materialları və məhsulları”; 05.23.17 – “İnşaat mexanikası” ixtisasları üzrə  doktorluq və namizədlik dissertasiyalarının  müdafiəsi üzrə Д 212.052.03  Dissertasiya Şurası açılmışdır.

2007-ci ildə universitetin Elmi Şurasının qərarı ilə müasir  cihaz və avadanlıqla təmin olunmuş “Tikintidə ekspertiza və audit” mərkəzi açılmışdır.

 Fakültədə  müasir  kompüter texnikası, riyazi və proqram təminatı ilə təchiz olunmuş  və  ən mürəkkəb mühəndis  məsələlərini həll etməyə və müasir informasiya texnologiyaları sahəsində biliklərə malik mütəxəssis yetişdirməyə  imkan verən  personal EHM otaqları,  kompüter qrafikası və laboratoriyalar var. 

Fakültənin  tədris prosesində və elmi tədqiqatlarında  Лира, SCAD, Мираж, Мономах, Автокад, Архикад, Компас, Фундаменты, 3D Max, Аркон, CREDO kimi tətbiqi proqram paketlərindən geniş istifadə olunur. 

Ünvan: Maxaçkala şəhəri, İ.Şamil pr., 70, УЛК-1

Tel.: 8 (8722) 62-45-01

Elektron ünvan:  dekanat_asf@mail.ru 

                                         yarus-x.mail.ru 

Kabinet327

 İş qrafiki: 815 – 1715 ч.  

 

График работы:

Пн.-Пт.: с 8:30 до 17:30 (перерыв: с 13:00 до 14:00)

Сб.: с 8:30 до 17:30

Контакты: 

Адрес: 367015, Российская Федерация, Республика Дагестан, пр. И.Шамиля, 70

Кабинет:  327

Тел: +7 (8722) 62-45-01

Электронная почта: dekanat_asf@mail.ru ; yarus-x.mail.ru