+ + + + +
Обычная версия сайта
Russian
English
Français
Deutsch
Korean
AZERBAIDJAN
Федеральное государственное бюджетное образовательное учреждение высшего образования "Дагестанский государственный технический университет"

Mühəndis-iqtisad fakültəsi

Категории
Dekan: Həsənova Nahidə Muxudadayevna, i.e.n., dosent.

Mühəndis-iqtisad fakültəsi  1991-ci ildə yaradılmışdır. Hazırda fakültə Dağıstan Dövlət Texniki  Universitetinin aparıcı, perspektivli və inkişaf etməkdə olan fakültələrindən biridir.  Fəliyyət göstərdiyi dövr ərzində  fakültənin bazasında gömrük işi və məhkəmə ekspertizası və  maliyyə və audit  fakültələri  yaradılmışdır. Fakültənin fəaliyyətində məqsəd müasir biznes mühitində iqtisadiyyat, menecment, marketinq, dövlət və bələdiyyə idarəetməsi sahəsində rəqabətqabiliyyətli mütəxəssis yetişdirməkdir.

 

 

 

 

 

Fakültədə beş buraxılış  kafedrası fəaliyyət göstərir:

 

·                     Neft və qaz sənayesi iqtisadiyyatı və idarəetmə kafedrası;

·                     Tikinti və maşınqayırma iqtisadiyyatı və idarəetmə kafedrası;

·                     Dövlət və bələdiyyə idarəetməsi kafedrası;

·                     Menecment kafedrası;

·                     Marketinq və biznes kafedrası.

 

Mühəndis-iqtisad fakültəsində aşağıdakı ixtisaslar üzrə mütəxəssis yetişdirilir: 080512 – «Müəssisə iqtisadiyyatı və idarəetmə (neft və qaz sənayesində)», 080523 – «Müəssisə  iqtisadiyyatı və  idarəetmə (tikinti)»; 080504 – «Dövlət və bələdiyyə idarəetməsi»; 080507 – «Təşkilat menecmenti», 080111 – «Marketinq». 

Mühəndis-iqtisad fakültəsində aşağıdakı ixtisaslar üzrə bakalavr yetişdirilir: 080100 – «İqtisadiyyat» (“Müəssisə və təşkilat iqtisadiyyatı” profili), 080200 – «Menecment» («İstehsal menecmenti», «Maliyyə menecmenti», «Təşkilat menecmenti», «Marketinq» profilləri), 081100 – «Dövlət və bələdiyyə idarəetməsi» («Bələdiyyə idarəetməsi», «Dövlət və bələdiyyə mülkiyyətinin idarə edilməsi» profilləri);

Mühəndis-iqtisad fakültəsində aşağıdakı ixtisaslar üzrə magistr  yetişdirilir: 080100 – «İqtisadiyyat» («Daşınmaz əmlak iqtisadiyyatı» magistr proqramı), 080500 – «Меnecment» («İstehsalat menecmenti», «Layihələrin idarə edilməsi», «İnsan resurslarının idarə edilməsi», «Maliyyə menecmenti», «Texnoloji menecment», «Ümumi strateji menecment», «Logistika» magistr proqramları), 080400 – Heyətin idarə olunması  (“Heyətin strateji idarəetməsi» profili).

Mütəxəssis hazırlığının keyfiyyətini fakültənin zəngin pedaqoji staja malik olan, müəssisə və təşkilatlarda uzun illər  ərzində təcrübə qazanmış  yüksək  dərəcəli professor və dosentləri, o cümlədən 34 elmlər namizədi və 15 elmlər doktoru    təmin  edir. Onların arasında DR  və RF əməkdar elm xadimləri, əməkdar iqtisadçılar, inşaatçılar və DR  və RF neft və qaz sənayesi işçiləri var. Bundan başqa, mühazirə oxumaq üçün Moskva və Sankt-Peretburq şəhərlərinin aparıcı ali məktəblərindən professorlar da cəlb edilir.

 

Mühəndis-iqtisad fakültəsi yüksək dərəcəli mütəxəssis hazırlığını həyata keçirmək üçün   müasir maddi-texniki baza  ilə təmin olunmuşdur. Burada  müasir kompüter texnikası ilə  təchiz olunmuş dörd kompüter otağı və linqafon kabineti, kurs və diplom layihələri üçün metodiki kabinetlər, neft-qaz sənayesində qazma prosesinin iqtisadi təhlil laboratoriyası, interaktiv lövhələr, DVD musiqi mərkəzləri, səs akustik sistemləri, müasir təlim film və kurslarının videotekası var.

Fakültədə  elmi-tədqiqat işləri aparılır. Hər il Beynəlxalq və Ümumrusiya elmi-praktik konfrans, seminar və dəyirmi masalar keçirilir, müəllim, aspirant, magistrant və tələbələrin  elmi və metodiki işlərinin dərc edildiyi  elmi işlərin toplusu buraxılır. Həmçinin fakültədə elmi tələbə dərnəkləri də  fəaliyyət göstərir, olimpiada və müsabiqələr təşkil olunur. 

Mühəndis-iqtisad fakültəsinin müəllimləri  dövlət büdcəli və təsərrüfat hesablı ETİ yerinə yetirir, aspirantların işinə rəhbərlik edir,  Beynəlxalq və regional konfranslarda iştirak edir, tələbələrin elmi-tədqiqat işlərinə rəhbərlik edir, monoqrafiyalar buraxır, müxtəlif müsabiqə, forum və qrantlarda fəal iştirak edirlər.

1992-ci ildən fakültədə iqtisad elmləri doktoru, professor Məhəmmədov Arbuli Qunaşeviçin rəhbərliyi altında   “Bazar şəraitində iqtisadiyyatın  dövlət tənzimlənməsi” elmi seminar məktəbi fəaliyyət göstərir. Elmi məktəbin fəaliyyət nəticələri ictimaiyyət tərəfindən tanınmış və həm Dağıstanda, həm də ondan kənarda yerləşən müəssisə və təşkilatlarda aprobasiyadan keçmişdir.

Mühəndis-iqtisad fakültəsində  tədris prosesi   müasir proqram təminatı və texnologiyalardan istifadə etməklə   tələbəyə fərdi yanaşma əsasında həyata keçirilir və əldə edilmiş biliklərin tətbiqinə yönəldilir.  Təlim prosesində   tələbələrin   öz biznes layihələrini işləmək və reallaşdırılmaq, habelə fakültə və universitetin  layihələrində iştirak etmək imkanları var.

Mühəndis-iqtisad fakültəsində tərbiyə işi  tələbələrdə vətəndaşlıq mövqeyinin  formalaşdırılması,  müasir həyat şəraitində mənəvi, mədəni və elmi dəyərlərin  qorunub saxlanması  və artırılması, əmək bazarında konstruktiv  davranışın  formalaşdırılması, fakültə və universitet  ənənələrinin qorunub saxlanması  məqsədi ilə aparılır.  Onun başlıca istiqamətləri aşağıdakılardır: tələblərin  peşə-əmək, hüquqi-vətəndaş, mədəni-mənəvi tərbiyəsi.

Fakültə tələbələri fakültə və universitetin ictimai həyatında fəal iştirak edirlər. Universitetdə və fakültədə bəzi tədbirlər ənənəyə çevrilmişdir. Tələbələrə öz yaradıcı potensialını  açmaq, lider keyfiyyətlərini nümayiş etdirmək imkanı verən bu  tədbirlərdən  DDTU-nun rektorunun kuboku uğrunda Respublika  ŞHK festivalını, universitetdaxili  “Tələbə yazı”   festival müsabiqəsini,  universitetdaxili  “Yığma qoşun döyüşçüsü” hərbi-idman oyunlarını,  Dağıstan xalqlarının  milli özünəməxsusluğu  fakültələrarası festivalı, ən yaxşı akademik qrup, ən yaxşı fakültə auditoriyası müsabiqələrini göstərmək olar.

Mühəndis-iqtisad fakültəsinin məzunları   mühəndis və rəhbər kimi:

-         sənaye müəssisələrində;

·                     müxtəlif sahə və mülkiyyət formaları  müəssisə və təşkilatlarının iqtisadi xidmətlərində;

·                     injinirinq kompaniyalarında;

·                     bütün səviyyədən olan təhsil müəssisələrində;

·                     bələdiyyə idarələri sahəsində elmi-tədqiqat və təhsil müəssisələrində;

·                     qeyri-kommersiya təşkilat və birliklərində çalışırlar.

Mühəndis-iqtisad fakültəsinin tələbələri  təkcə gələcəkdə öz karyerasını uğurla qurmaq imkanı verən  keyfiyyətli biliklər deyil, həm də  kollektivdə işləmək bacarıqlarını da  əldə edirlər  ki, bu da heç şübhəsiz, uğur qazanmağın şərtlərindən biridir. DDTU-nun mühəndis-iqtisad fakültəsində alınan təhsil  peşə gələcəyinin uğurlu olmasına təminat verir.