Президент ФГБОУ ВО "ДГТУ"
“Dağıstan dövlət texniki universiteti” APY FDBTM-nin rektoru
“Dağıstan dövlət texniki universiteti” APY FDBTM-nin rektoru Rusiya Federasiyasının əməkdar elm xadimi, texnika elmləri doktoru, professor İsmayılov Tahir Əbdurəşidoviçdir. O, Dağıstan dövlət texniki universitetində 1975-ci ildən, Dağıstan dövlət universitetinin “Fizika” ixtisası üzrə fizika fakültəsini fərqlənmə ilə bitirdikdən sonra işləyir. Əmək fəaliyyətinə o, kiçik elmi işçi vəzifəsindən başlamışdır. Elm sahəsində dörd il məhsuldar şəkildə işlədikdən sonra o, Leninqrad Texnoloji Soyuducu Sənayesi Institutu nəzdində əyani aspiranturaya göndərilmişdir. 1982-ci ildə namizədlik dissertasiyasını uğurla müdafiə etmiş və ona texnika elmləri namizədi alimlik dərəcəsi verilmişdir. 1983-cü ildən o, nəzəri və ümumi elektronika kafedrasının assistenti, baş müəllimi, dosenti, professoru vəzifələrində çalışmışdır. 1992-ci ildə ona texnika elmləri doktoru alimlik dərəcəsi verilmişdir. 1993-cü ildən o, nəzəri və ümumi elektronika kafedrasının müdiri, informatika və idarəetmə fakültəsinin dekanı, prorektor vəzifələrində işləmişdir. 2001-ci ildə Tahir Əbdürəşidoviç DDTU-nun birinci prorektoru vəzifəsinə təyin olunur, 2002-ci ildə isə yekdilliklə DDTU-nun rektoru seçilir.
T.Ə.İsmailov Rusiya Mühəndislik Akademiyasının, Beynəlxalq Soyuq Akademiyasının (International Academy of Refrigeration (IAR)- Şimali Qafqaz bölməsinin sədri), Beynəlxalq Nyu-York Elmlər Akademiyasının, Beynəlxalq Informasiyalaşdırma Akademiyasının (Dağıstan bölməsinin vitse-prezidenti), Beynəlxalq Açıq Təhsil Akademiyasının üzvü, Rusiya Federasiyası Dövlət Dumasının ali və ali təhsildən sonrakı peşə təhsili Komitəsinin Ekspert Şurasının sədr müavini, elmi adların verilməsi üzrə RF Təhsil və Elm Nazirliyinin AAK Ekspert Şurasının üzvü, Rusiya Rektorlar Birliyi Şurasının üzvü, Rusiya Mühəndislik Təhsili Birliyinin sədr müavini, “Vahid Rusiya” USP-nın Dağıstan bölgəsi Katibinin müavini, RF Prezidenti Nəzdində milli layihələr üzrə Şuranın üzvü, DR Prezident Qrantlarınınn verilməsi üzrə komissiyanın üzvü, doktorluq və namizədlik dissertasiyalarının müdafiəsi üzrə iki ixtisaslaşdırılmış şuranın sədri, Dağıstan Respublikası Milli Məclisinin deputatı, Dağıstan Respublikası Ali Məktəb Rektorları Şurasının sədridir.
Prof. T.Ə.İsmayılov yarımötürücü termoelektrik qurğuları sahəsində elmi biliklərin inkişafına və bu qurğularda cərəyan edən elektrik və fiziki istilik proseslərinin öyrənilməsinə əsaslı töhfələr vermişdir. Onun elmi axtarışlarının və işləmələrinin nəticələri 762 elmi işdə, o cümlədən 8 monoqrafiyada dərc edilmişdir. O, müəlliflik və patent şəhadətnamələri aldığı 237 ixtiranın müəllifidir. Işlədiyi və patentləşdirdiyi bir sıra cihaz və qurğular istehsalatda tətbiq olunmuş və müəssisələrə, müxtəlif nazirlik və idarə təşkilatlarına verilmişdir.
T.Ə.İsmayılovun fəal iştirakı və rəhbərliyi ilə müxtəlif Beynəlxalq və Umumittifaq simpozium və konfranslar keçirilmişdir. O, “DDTU-nun xəbərləri. Texniki elmlər” jurnalının baş redaktoru, “Ali məktəblərin xəbərləri. Cihazqayırma” jurnalının, “Beynəlxalq Soyuq Akademiyasının Xəbərləri” jurnalının, “Ali məktəblərin xəbərləri. Radioelektronika” jurnalının və “Ali məktəblərin xəbərləri. Şimali Qafqaz rayonu. Texniki elmlər” jurnalının və b. redkollegiyasının üzvüdür.
Gənclərin tərbiyəsində göstərdiyi xidmətlərinə, universitet və respublikanın ictimai həyatında fəal iştirakına görə Tahir Əbdürəşidoviç 1974-cü və 1985-ci illərdə DMSSR Ali Şurasının Rəyasət Heyətinin iki Fəxri Mükafatına layiq görülmüş, elm və texnika sahəsində komsomol mükafatı laueratı (1987) olmuş, SSRİ XTNS-nin Bürünc (1984-cü il) və Gümüş (1989-cu il) medalları, “SSRİ ixtiraçısı” nişanı ilə təltif olunmuşdur. Ona “Dağıstan Resublikasının əməkdar ixtiraçısı” (1991-ci il), “Rusiya Federasiyası fəxri ali peşə təhsili işçisi” adları verilmiş və Rusiya Federasiyasının “İlin rektoru” (2004-cü, 2005-ci, 2009-cu, 2011-ci və 2012-ci ilər) adı verilərək Fəxri nişanla təltif olunmuşdur. “Elm sahəsində xüsusi xidmətlərə görə” nominasiyasında Oksford şəhərində (Böyük Britaniya) Müqəddəs Sofiya ordeni ilə təltif olunmuşdur.
T.Ə.İsmayılov “Rusiyanın ən yaxşı adamları” (2003-2010-cu illər), “Rusiyanın məşhur xadimləri” (2006-cı il) ensiklopediylarına daxil edilmişdir. O, DR elm və texnika sahəsində 2003-cü il üçün Dövlət Mükafatı Laureatı olmaqla, RF mühəndislik təhsilinin inkişafında xidmətlərinə görə ordenlə, “Peterburqun şəxsiyyəti” (2005-ci il) qızıl medalı ilə və “Rusiyanın Fəxri Vətəndaşı” Ali ictimai təsdiq Ordeni ilə (2008-ci il) təltif olunmuşdur. Tahir İsmayılov Rusiya Federasiyasının “İlin alimi” (2010-cu il) olmuş, “Rusiyanın ən yaxşı pedaqoqu” (2010-cu il) Ordeni ilə təltif olunmuşdur. 2007-ci ildə RF Prezidentinin Fərmanı ilə İsmayılov Tahir Əbdürəşidoviç Şərəf ordeni ilə təltif olunmuşdur. 2013-cü ildə “Dağıstan Respublikası qarşısında xidmətlərinə görə” Ordeni ilə təltif olunmuşdur.