+ + + + +
Обычная версия сайта
Russian
English
Français
Deutsch
Korean
AZERBAIDJAN
Федеральное государственное бюджетное образовательное учреждение высшего образования "Дагестанский государственный технический университет"

Informasiya sistemləri fakültəsi

Категории

Informasiya sistemləri fakültəsi

Dekan: Sarkarov Tacəddin Əkbəroviç, t.e.d., professor

“İnformasiya sistemləri” fakültəsi 2001-ci ildə  “İqtisadiyyatda informasiya sistemləri” ixtisasının bazasında yaradılmışdır. Onun yaradılması müasir sivilizasiyanın əsas tendensiyasını, yəni informasiya sistemləri və texnologiyaların təkcə mal və xidmətlərin istehsal üsuluna deyil, həm də  cəmiyyətin sosial strukturuna, iqtisadiyyata, siyasətə, ictimai təsisatlara, təhsil, tərbiyə və istirahətin  təşkili formalarına həlledici təsir göstərdiyi  informasiya cəmiyyətinə keçidi ifadə edir.

 

“İnformasiya sistemləri” fakültəsinin tərkibinə aşağıdakı  beş kafedra daxildir:

 

·     iqtisadiyyatda  informasiya texnologiyaları və  tətbiqi informatika kafedrası;

·    maliyyə, vergiqoyma və biznes informatikası kafedrası;

·    dizaynda ekonometrika və tətbiqi informatika kafedrası;

·    texniki ixtisaslar üçün  xarici dillər kafedrası;

·    ali riyaziyyat kafedrası.

Fakültənin dekanı t.e.d., professor T.E. Sarkarovdur. Professor T.E.Sarkarov texnoloji proseslərin optimallaşdırılması, mikroelektronika elementlərinin istehsalı və onların elektrik-fiziki parametrlərinin tədqiqi  sahəsində böyük elmi işlər aparır. O, 100-dən çox elmi əsərlərin, o cümlədən “Nazik dielektrik  örtüklər”  monoqrafiyasının, 29 müəlliflik  ixtirasının   müəllifidir. İxtiraçılıq sahəsində göstərdiyi xidmətlərinə görə ona “DR əməkdar ixtiraçısı” adı verilmişdir. 2008-ci ilin mayında o, “Rusiya Federasiyası fəxri peşə təhsili işçisi” döş nişanı ilə təltif olunmuşdur.

“İnformasiya sistemləri” fakültəsi  aşağıdakı  aktual təhsil  proqramları üzrə bakalavr və magistr  yetişdirir:

İxtisas:

080101 – İqtisadi təhlükəsizlik 

Bakalavriat:

230700 – «Tətbiqi informatika»;

080500 – «Biznes-informatika»;

080100 – «İqtisadiyyat».

Magistratura

230700 – «Tətbiqi informatika»;

080100 – «İqtisadiyyat».

Bu təhsil proqramları bu gün respublika  və ölkənin xalq təsərrüfatında ən perspektiv və tələb olunan proqramlardandır. 

Fakültənin əsas vəzifəsi  tələbələrə seçdiyi istiqamətlər üzrə fundamental universitet təhsili vermək, fəaliyyətin bütün istiqamətləri üzrə   dünyagörüşünü genişləndirmək, universitet səviyyəli bilik təmin etməkdir.

Hesablama texnikasını mükəmməl bilən, geniş dairəli sosial-iqtisadi məsələlərin proqramlaşdırılması üzrə nəzəri və praktiki hazırlığı olan  yüksək dərəcəli mütəxəssis yetişdirmək üçün fakültənin  nəhəng maddi-texniki bazası var.   Xüsusi hazırlıqdan başqa, tələbələr kompüter texnikasını, iqtisadi obyektlərin informasiya sistemlərini  də öyrənir, ən müasir proqram məhsulları ilə əməliyyatlar aparırlar. Fakültədə  müasir texnika  ilə təchiz olunmuş və Universitetin lokal şəbəkəsinə qoşulmuş 8 kompüter otağı fəaliyyət göstərir. Tədris auditoriyaları multimedia proyeksiya aparatları, audi- və videotexnika, əyani sənədlərlə  təchiz olunmuşdur.

Fakültədə tədris prosesinin metodiki nəşrlərlə təmin olunmasına böyük diqqət yetirilir. Bununla yanaşı, iqtisadiyyatda  avtomatlaşdırılmış informasiya sistemlərinin işlənməsi  və  regionda sosial proseslərin proqnozlaşdırılması istiqamətində elmi-tədqiqat işləri də aparılır.

Qeyd etmək lazımdır ki, fakültənin məzunları təlimin sonunda bir qayda olaraq  hazırlıq profili üzrə işlə təmin olunurlar. Onları  banklarda, kommersiya strukturlarında və təşkilatlarında, maliyyə və vergi orqanlarında, layihə və elm müəssisələrində   gözləyirlər. Ən yaxşı məzunlar təhsillərini aspiranturada davam etdirə bilərlər. Fakültədə aşağıdakı ixtisaslar üzrə aspirantura fəaliyyət göstərir:

·         08.00.12 - «Mühasibat uçotu, statistika»;

·         08.00.13 - «İqtisadiyyatda riyazi və   instrumental metodlar».

Fakültənin  tələbə kollektivinin  vaxtını səmərəli keçirməsi üçün bütün şərait var.  Ənənəyə çevrilmiş bəzi tədbirlər, məsələn,  DDTU-nun rektorunun kuboku uğrunda Respublika ŞHK festivalı, universitetdaxili “Tələbə yazı” müsabiqə festivalı,  universitetdaxili “Yığma qoşun döyüşçüsü” hərbi-idman oyunları,  Dağıstan xalqlarının milli özünəməxsusluğu fakültələrarası festivalı,  ən yaxşı akademik qrup müsabiqəsi,  fakültənin ən yaxşı auditoriyası müsabiqəsi və digər müsabiqələr tələbələrə öz yaradıcılıq potensialını  və liderlik keyfiyyətlərini  nümayiş etdirmək imkanı verir:

 

Əlaqə 

 

Ünvan: Şamil pr.,  70, DDTU, УЛК 2

Tel.: 61-58-75

Kabinet: № 535

Elektron poçt: fisdekanat@yandex.ru

 

 

Контакты:

Адрес: г. Махачкала, проспект Имама Шамиля 70, УЛК-2

Кабинет: 5-й этаж, 535 каб.

Тел: +7 (8722) 62-98-28

Электронная почта: fisfia@dgtu.ru

График работы:

Пн.-Пт.: 8:30-16:30

Сб.: 8:30-13:30