+ + + + +
Обычная версия сайта
Russian
English
Français
Deutsch
Korean
AZERBAIDJAN
Федеральное государственное бюджетное образовательное учреждение высшего образования "Дагестанский государственный технический университет"

Radioelektronika, telekommunikasiya və multimedia texnologiyaları fakültəsi

Radioelektronika, telekommunikasiya və multimedia texnologiyaları fakültəsi

Dekan: Mirzəyev Zəynudin Nurmaqomedoviç, t.e.n.

Fakültəyə t.e.n., 1973-cü il təvəllüdlü  Mirzəyev Zəynudin Nurmaqomedoviç rəhbərlik edir. O, 1999-cu ildə Dağıstan Dövlət Texniki Universitetin radiotexnika ixtisasını bitirmişdir. 2013-cü ildə  V.İ.Ulyanov (Lenin) adına Sankt-Peterburq Elektrotexniki Universitetində (LETİ) namizədlik dissertsiyasını müdafiə etmişdir. 1999-cu ilin sentyabr ayından indiyədək DDTU-da işləyir.

Z.N.Mirzəyev qurğu və cihazların  avtomatlaşdırılmış layihələşdirilməsi  sahəsində elmi iş aparır, 20-dən çox elmi əsərin müəllifidir.

 

 Radioelektronika, telekommunikasiya və multimedia texnologiyaları fakültəsi  (RTMTF) 1972-ci ildə Dağıstan Politexnik Instututu yaradılarkən təməl fakültələrdən biri olmuş, bu gün də DDTU-nun aparıcı fakültələrindən biri  hesab olunur.

Fəaliyyət göstərdiyi müddət ərzində Radioelektronika, telekommunikasiya və multimedia texnologiyaları fakültəsi  4 mindən çox mühəndis buraxmış və ölkəmidə böyük nüfuz qazanmışdır. Fakültənin məzunları özlərini  sənayenin bir çox sahələrində və müxtəlif elmlərdə    yüksək dərəcəli mütəxəssis kimi nümayiş etdirmişlər. Fakültə profil istehsalat  müəssisələri  üçün mütəxəssis, rabitə şəbəkələri, kompüter və telekommunikasiya xidmətlərini göstərən firmalar, telekompaniyalar, elmi-tədqiqat institutları, yüksək texnologiya kompaniyaları  üçün  operatorlar yetişdirir.

Mütəxəssis hazırlığını 52 nəfərdən ibarət olan  yüksək dərəcəli professor-müəllim heyəti, o cümlədən  8 elmlər doktoru, professor, 22 elmlər namizədi  həyata keçirir. Tədris prosesinə texniki dəstəyi 12 əməkdaşdan ibarət olan tədris-köməkçi heyəti təmin edir.

RTMTF-də texnika və texnologiya bakalavrlarının (4 illik təhsil), diplomlu mühəndislərin  (5 illik təhsil) və magistrlərin (6 illik təhsil) buraxılışını nəzərdə tutan çoxsəviyyəli mütəxəssis hazırlığı həyata keçirilir.

Bu gün RTMTF-də 6 ixtisas (“Radiotexnika”, “Hərəkətdə olan obyektlərlə rabitə vasitələri”, “Radioelektron mübarizə”, “Biotexniki və tibbi aparat və sistemlər”, “Servis”, “Nanomateriallar”) üzrə mütəxəssis hazırlığı həyata keçirilir. Magistrlərin fərdi hazırlığı elmi-tədqiqat fəaliyyətinə istiqamətləndirilmişdir.  Elmi-tədqiqat işinə meyl göstərən qabiliyyətli tələbələr təhsilini aspiranturada davam etdirə bilər.

Riyaziyyat, fizika, informatika üzrə fundamental biliklər məzunlara müxtəlif təyinatlı qurğu və sistemlərin işlənməsi, istehsalı və istismarı ilə məşğul olmaq imkanı verir. Ən yeni texnologiyaların  mənimsənilməsinə sistemli yanaşma raditexnika və telekommunikasiyalar sahəsində texnika və texnologiyaları inkişaf etdirmək, müasir texnikanın  sürətlə dəyişən yüksək texnoloji sahələrinin inkişafını təmin edən yeni fiziki prinsiplərə əsaslanan radiotexniki cihazları yaratmaq imkanı verir. Buna görə də  fasiləsiz olaraq təkmilləşən  elmi və texniki şəraitə  RTMTF-nin məzunları uğurla adaptasiya edir, müxtəlif mühəndis məsələlərinini peşəkarlıqla həll edirlər.

RTMTF-də mütəxəssis hazırlığında yeni informasiya-telekommunikasiya sistemləri və İT texnologiyalarının öyrənilməsinə xüsusi diqqət yetirilir. Mobil və peyk rabitəsində, rəqəmsal telefoniyada,  rəqəmsal televiziya sistemlərində, mikroprosessor informasiya və idarəetmə sistemlərində rəqəmsal telekommunikasiya sistemlərini yaratmaq və onlara xidmət göstərmək üçün tələbələr radioelektronika aparatlarının kompüter layihələşdirilmə sistemlərini öyrənir,  virtual kompüter ölçü cihazlarını proqramlaşdırır və onların köməyi ilə kompüter avtomatlaşdırma ölçüləri və elmi tədqiqatlar aparırlar.

Əldə etdikləri biliklər məzunlara  elm və texnikanın prioritet inkişaf istiqamətlərindən olan informasiya-telekommunikasiya sferası müəssisələrində uğurla işləmək imkanı verir.  Rəqəmsal telefoniya, mobil şəbəkə, peyk televiziyası, İnternet günümüzün reallıqlarıdır. Yaxın onillikdə isə RTMTF-nin məzunları üçün qeyri-məhdud servis imkanlara malik rəqəmsal televiziya şəbəkəsini yaratmaq, istənilən vaxtda və Yer kürəsinin istənilən nöqtəsində  sorğu əsasında radio- və optik kanallardan istifadə etməklə  informasiya və xidmətləri təklif etmək, yeni nəsildən olan şəbəkələrdə müdafiə olunmuş  telekommunikasiya sistemlərini layihələşdirmək və onlara xidmət göstərmək    perspektivləri açılır.

Yuxarı kurs tələbələrinə  RTMTF dekanlığı  mütəmadi olaraq işə düzəlmə, istehsalat praktikasını keçmək imkanları ilə bağlı informasiya verir. Fakültədə ən müxtəlif müəssisələri, elmi-tədqiqat təşkilatlarını, iri və orta biznesi  təmsil edən  işlə təmin edənlərlə görüşlər keçirilir. Bu cür tədbirlərin keçirilməsi  məzunlara   yaxşı ödənilən  və ixtisasları üzrə iş tapmaq imkanı verir.

Fakültə məzunları  işə düzəlmə zamanı digər namizədlərə   ciddi rəqabət yaradır, çünki təlim prosesində onlar laboratoriya praktikumları  və tələbə elmi tədqiqatları çərçivəsində  real praktiki iş vərdişlərinə yiyələnirlər.

RTMTF-nin tələbələri həmçinin  aparıcı radiotexniki və telekommunikasiya müəssisələrində, Bilayn, MTS, Meqafon kimi rabitə xidmətlərini göstərən şirkətlərdə, həm Rusiyada, həm də onun hüdudlarından kənarda avtomobil elektronikası və avionikasının istehsalı və xidməti ilə bağlı olan müəssisələrdə     istehsalat praktikası zamanı müasir avadanlığın layihələşdirilməsi və istismarı sahəsində təcrübə qazanır.

 

Fakültə aşağıdakı ixtisaslar və profillər  üzrə bakalavr hazırlığı həyata keçirir:

 

100100.62      «Servis» (profil  «Elektron texnikası servisi»);

201000.62    «Biotexniki sistem və texnologiyalar» (profil «Biotexniki və tibbi aparat və sistemlər»);

210100.62 «Elektronika və nanoelektronika» (profil  «Elektron cihaz və qurğular»);

210400.62 «Radiotexnika» (profillər «Radiotexniki siqnalötürücü, qəbuledici  və emal vasitələri»; «Radioelektron məişət aparatları»; «Radioelektron mübarizə vasitələri»);

210700.62 «İnfokommunikasiya texnologiyaları və rabitə sistemləri» (profil «Mobil rabitə sistemləri»).

 

Fakültə aşağıdakı ixtisas üzrə mühəndis hazırlığı həyata keçirir:

210601.65 «Radioelektron sistem və komplekslər».

 

Fakültədə  aşağıdakı ixtisas üzrə magistr  hazırlığı həyata keçirilir:

210100.68 «Elektronika və nanoelektronika»,

210400.68 «Radiotexnika».

 

Göstərilən ixtisaslar üzrə mütəxəssis hazırlamaq üçün fakültədə hal-hazırda 3 buraxılış kafedrası fəaliyyət göstərir: radiotexnika və telekommunikasiyalar, biotexniki və tibbi aparat və sistemlər, mikroelektronika. Fakültənin tərkibinə həmçinin  Universitetin təhsil sisteminə öz töhfəsini verən fizika kafedrası da daxildir.

Tədris prosesinə və elmi-tədqiqat işlərinə dəstək üçün fakültədə ixtisaslaşdırılmış televiziya qurğuları, tibbi aparat, sistem və komplekslər,  rəqəmsal və analoq elektron  qurğular, radiosistem və radioavtomatika, antena və s.  laboratoriyaları yaradılmışdır. 5 kompüter və informasiya texnologiyaları zalı, interaktiv təlim metodları və multimedia texnologiyaları üçün 3 labiratoriya  fəaliyyət göstərir.

Fakültədə  elmlər doktorları, elmlər namizədləri və aspirantlardan ibarət  elmi-tədqiqat kollektivi fəaliyyət göstərir. Ona t.e.d., prof. A.P.Adamov, f.-r.e.d., prof. B.A.Bilalov, t.e.d., prof. D.A.Məhəmmədov, t.e.d., prof. M.Q.Verdiyev,  t.e.n., dosent M.S.Hüseynov, t.e.n., dosent Q.Y.Əhmədov, t.e.n., dosent X.M. Hacıyev rənbərlik edir.

Fakültədə elmi-tədqiqat işi aşağıdakı istiqamətlər üzrə aparılır: 
-  qurğu və cihazların avtomatlaşdırılmış layihələşdirilməsi;

-təyyarələrin enmə sistemlərinin layihələşdirilməsi;
-informasiyanı  ötürmə radiosistemlərində qeyri-ənənəvi aparıcı tərəddüdlərin tətbiqi;

-dəyişkən parametrli sistemlər əsasında tibbi-bioloji tədqiqatların  aparat-metodiki təminatı;

- yarımötürücülər, nanostrukturlar fizikası, yarımötürücü optik- və  nanoelektronika;
-istilik fizikası və nəzəri istilik texnikası, bərpa edilən enerji mənbələri;

- qurğuşun sirkonat-titanat əsasında dəyişkən tərkibli   nadir torpaq elementlərin halkogenidlərinin və relaksor keramikanın istilik xassələrinin öyrənilməsi.

Oxumaq və elmi-tədqiqat işi ilə, habelə idmanla, bədii özfəaliyyətlə məşğul olmaq, öz yaradıcılıq qabiliyyətlərini və istedadını nümayiş etdirmək  üçün tələbələrin hər cür şəraiti var. Fakültə öz perspektivlərini görür, sabaha inamla baxır və qarşısında qoyduğu məsələləri layiqincə  həll etmək əzmindədir.

 

 

Professor-müəllim heyəti Professorsko 1

 

 

Əlaqə:

Ünvan: Maxaçkala şəhəri, İ.Şamil pr., 70 

DDTU,  ULK-2

Tel.: 8 (8722) 62-00-58

Kab.: № 427

Elektron ünvan: dstu_frtmt@mail.ru