+ + + + +
Обычная версия сайта
Russian
English
Français
Deutsch
Korean
AZERBAIDJAN
Федеральное государственное бюджетное образовательное учреждение высшего образования "Дагестанский государственный технический университет"

Texnologiya fakültəsi

Texnologiya fakültəsi

Dekan: – i.e.n., Balamirzoev Nazim Leonidovich

2014-cü ilin yanvar ayından  texnologiya fakültəsinin dekanı  i.e.n. Balamirzəyev Nazim Lionidoviçdir. 2006-cı ildə o, Dağıstan  dövlət texniki Universitetinin “Gömrük işi” ixtisasını   fərqlənmə ilə bitirmiş, 2010-cu ildə “İqtisadiyyat və idarəetmə” ixtisası üzrə namizədlik dissertasiyasını  müdafiə etmişdir. 2007-ci ildən DDTU-da işləyir. 2010-2011-ci illərdə  dövlət və bələdiyyə idarəetməsi fakültəsində (hazırkı mühəndis-iqtisad fakültəsi)   tədris işi üzrə dekan müavini olmuşdur. 2011-2013-cü illərdə  Tədris-metodiki idarənin rəis müavini vəzifəsində işləmişdir. 50-dən çox elmi işin, o cümlədən 5 monoqrafiyanın müəllifidir.

Texnologiya fakültəsi  Universitetin ən qocaman fakültələrindən biridir. Onun tarixi Dağıstan politexnik institutunun, indiki Dağıstan dövlət texniki Universitetinin   qərarlaşması və inkişaf tarixidir.

  1957-ci ildə Dağıstan Dövlət Universitetində  mühəndis ixtisasları açılmış və mühəndis-texniki fakültəsi təşkil edilmişdir.  Bu  fakültənin  tərkibində “Konservləşdirmə texnologiyası” ixtisası açılmışdır.

Sonralar mühəndis-texniki fakültəsindən ayrılaraq   üç yeni fakültə, o cümlədən texnologiya fakültəsi  yaradılmışdır. 1972-ci ildə fakültə Dağıstan Poletxnik Institutunun tərkibinə daxil edildi.  

Texnologiya fakültəsinin  yaranması və inkişafı A.A.Maqomayev, M.S.Aminov, S.M.Yastrebov, K.M.Şarayev  kimi alimlərin adı ilə bağlıdır. Yarandığı andan fakültəyə  onun inkişafında böyük rol oynamış alimlər rəhbərlik etmişdir. Onlardan K.R.Qammasayevin (30 ildən çox), A.R.Rabadanovun, M.E.Əhmədovun, A.M.Hacıyevanın adlarını çəkmək olar.

Hazırda  fakültədə bakalavriat və magistratura istiqamətləri üzrə  yüksək dərəcəli  mütəxəssis hazırlığı   həyata keçirilir.

 

 

Bakalavriat

 100800.62  «Əmtəəşünaslıq»:

• hazırlıq profilləri -  “Kənd təsərrüfatı xammalının və ərzaq məhsullarının  istehsalı və dövriyyəsi sferasında əmtəəşünaslıq və ekspertiza”, “Qeyri-ərzaq mal və xammalının istehsalı  və dövriyyəsi sahəsində əmtəəşünaslıq və ekspertiza”, “Əmtəəşünaslıq və gömrük fəaliyyətində malların  ekspertizası”

 

 240100.62  «Kimyəvi texnologiya»:

•hazırlıq profili – “Təbii enerji daşıyıcılarının və karbon materiallarının  kimyəvi texnologiyası”

  260100.62  “Bitki xammalından  hazırlanmış qida məhsulları”

• hazırlıq profili  - “Qıcqırtma istehsalatının  texnologiyası və şərabçılıq” və “Alkoqolsuz içki texnologiyası”

 260800.62  “Məhsul texnologiyası və  ictimai iaşənin təşkili”:

• hazırlıq profili  - “Restoran servisinin texnologiyası və təşkili”

 072500.62 “Dizayn”:

• hazırlıq profili  - “İnteryer dizaynı”

 Magistratura

 260100.68  “Bitki xammalından  hazırlanmış qida məhsulları”:

· “Konservləşdirilmiş qida məhsullarının texnologoyası” magistr proqramı

· “Alkoqollu, zəif alkoqollu və alkoqolsuz içkilərin biotexnologiyası” magistr proqramı

Texnologiya fakültəsinin maddi bazası və professor-müəllim heyəti  bazar şəraitində ölkəmizin və xarici ölkələrin elmi və texniki  nailiyyətlərindən istifadə etməklə  istehsalatı idarə etməyi bacaran qida, yüngül, neft emalı və bir sıra yaxın istehsalatlar üzrə, habelə əmtəəşünaslıq və sənaye və ərzaq məhsullarının  ekspertizası,  interyer sahəsi üzrə yüksək dərəcəli və texniki cəhətdən savadlı mütəxəssis  hazırlığını həyata keçirmək imkanı verir.  

Texnologiya fakültəsinin yüksək dərəcəli professor-müəllim heyətinin zəngin elmi və pedaqoji təcrübəsi var.  60-dan çox  müəllim, o cümlədən 13 professor (onlardan 9-u elmlər doktorudur),  40-dan çox elmlər namizədi, dosent və baş müəllimlər öz bilik və bacarıqlarını  gələcək mütəxəssislərə ötürürlər.

Fakültənin nəzdində 05.18.12 “Yeyinti istehsalatının proses və aparatları” ixtisası üzrə doktorantura və  9 ixtisas (02.00.13 – “Neft kimyası”,  05.17.04 – “Üzvi maddələr texnologiyası”,  05.18.12  - “Yeyinti istehsalatının proses və aparatları”, 05.18.07 – “Qida məhsullarının (alkoqol və alkoqolsuz içkilər) biotexnologiyası”,  05.18.01 – “Paxlalılar, yarmalar,  dənli məhsullar, meyvə-tərəvəz və üzümçülük məhsullarının emalı, saxlama və yenidən emalı texnologiyası”, 03.00.02 – “Biofizika”, 03.00.04– “Biokimya”, 05.19.01 – “Tekstil və yüngül sənaye istehsalatında  materialşünaslıq”, 16.00.07 – “Texniki estetika və dizayn”)    üzrə   aspirantura fəaliyyət göstərir.

Keyfiyyətli mütəxəssis yetişdirmək üçün fakültədə demək olar ki, ideal şəait yaradılmışdır.  Bütün laboratoriyalar müasir tədris və elmi avadanlıqla təchiz olunmuşdur.  Fakültə kafedralarının  tədris-maddi bazasına tədris və elmi-tədqiqat laboratoriyaları, kurs və diplom layihələşdirmə  kabinetləri, kompüter otağı daxildir.

Əmək bazarında tələb olunan yüksək dərəcəli mütəxəssis hazırlamaq üçün  İTvə İİT kafedrasının nəzdində müasir avadanlıqla təchiz olunmuş   və tələbələrin praktiki vərdişlərə yiyələnməsi üçün mümkün qədər real istehsalata yaxınlaşdırılmış    laboratoriya-praktika bazası olan dərzi sexi və  “Qida mərkəzi” tədris-metodiki komleks yaradılmışdır.

Ş və QİT kafedrasının nəzdində  30 nəfərlik yaxşı təchiz olunmuş dequstasiya zalı fəaliyyət göstərir. Dequstasiya zalında  Dağıstan müəssisələrinin istehsal etdiyi ən yaxşı çaxır, konyak, araq  nümunələri nümayiş etdirilir.  Burada  müxtəlif səviyyəli həm tədris, həm də  istehsalat dequstasiyaları keçirilir.

Tədris prosesinin tədris-metodiki ədəbiyyatla təmin olunmasına fakültədə böyük diqqət yetirilir. Bununla yanaşı böyük həcmdə elmi-tədqiqat işləri də aparılır.

Fakültə alimləri tərəfindən  son illər  RF Təhsil Nazirliyinin qrifi ilə  12 dərslik və dərs vəsaiti buraxılmış,  15 monoqrafiya, 1400-dən çox elmi məqalə  çap etdirilmiş, ixtiralara 1000-dən çox  müəlliflik və patent şəhadətnaməsi alınmışdır.

Professor-müəllim heyətinin elmi axtarışları aşağıdakıları əhatə edir: kənd təsərrüfatı xammalının emalında resurslara qənaət edən texnologiyaların işlənməsi; biotexnologiya və biokimya; azot halkogen tərkibli heterotsiklik birləşmələr kimyası; şərabçılıq sənayesində texnoloji proseslərin təkmilləşdirilməsi və elektrofizika emal metodlarının  tədqiqi; bitki boyalarından   xalçaçılıqda istifadə imkanları;  istehsalat geyiminin çeşidlərinin  formalaşdırılmasında müxtəlif səviyyəli məsələlərin  texnoloji həllinin işlənməsi.

Fakültədə prof. M.S.Muradovun, dos. M.E.Əhmədovun, t.e.d., prof.D.S.Carullayevin  rəhbərliyi ilə yeyinti istehsalının isti və kütlə mübadiləsi sahəsində elmi məktəb yaradılmışdır.  Onların rəhbərliyi altında yüksək bioloji əhəmiyyətə malik yeni növ  qida məhsullarının istehsalının elmi əsasları yaradılır, müasir texniki qərarlar, yüksək səmərəli proseslər, aparat və texnoloji avadanlıqlar  işlənir. Onların həyata keçirilməsi üçün  doktorantura açılmışdır. Kimya kafedrasında elmi məktəblər – b.e.d., prof. E.Ş.İsmayılovun rəhbərlik etdiyi biofizika  və yeyinti sənayesində elektromaqnit sahələrdən istifadə sahəsində elmi məktəb,  k.e.d., prof. Q.M.Abakarovun  və k.e.d., dos. Y.M.Sultanovun rəhbərlik etdiyi  üzvi sintez məhsullarının texnologiyası sahəsində  elmi məktəb  fəaliyyət göstərir.

Bu istiqamətlər üzrə elmi tədqiqatlar çoxsaylı dövlət büdcəli və təsərrüfat əsaslı  mövzular çərçivəsində yerinə yetirilir. 

Fakültə əməkdaşlarının  bir çox elmi işləmələri  sənayenin yeyinti  və emal sahələrində tətbiq olunur və  respublikada və onun hüdudlarından kənarda əhalinin sağlam qidalanması, ərzaq təhlükəsizliyinin təmin edilməsi, tullantısız, enerji və resurslara qənaət edən istehsal texnologiyalarının yaradılması ilə bağlı  mühüm sosial-iqtisadi problemlərin  həllini təmin edir.

Texnologiya fakültəsi Moskva dövlət yeyinti istehsalatı Universiteti, Kuban Dövlət Texnologiya Universiteti,  Rusiya Dövlət Aqrar Universiteti, REA DEM Xəzəryanı Bioloji Resurslar Institutu, Moskva Dövlət Texnologiya və Dizayn Universiteti, Stroqanov adına Moskva Dövlət Bədii-Sənaye Universiteti   ilə sıx elmi-istehsalat əlaqələrini saxlayır.

Fakültə “Kaspi-1” EİZ QSC, “Daqvino”, Kizlər və Dərbənt konyak zavodları, Qecux, Manaskənd, Qayakənd və 1 May çaxır zavodları, Moda və dizayn  mərkəzi və digər emal və yüngül sənaye müəssisələri  ilə elmi-texnoloji  birlik yaratmışdır.

Fakültədə tələbə elminin inkişafına  və tələbələrin tədqiqat işlərinə  cəlb olunmasına xüsusi diqqət yetirilir.  Müəllimlərin rəhbərliyi altında tələbələr beynəlxalq, Ümumrusiya, regional və universitetdaxili elmi-praktiki konfranslarda, “Evrika”, “Mənim  ölkəm – mənim Rusiyamdır” , “Rusiyanın iqtisadi artımı”   Ümumrusiya müsabiqələrində və  “Rusiya xalq təsərrüfatının inkişafı” Ümumrusiya olimpiadasında  iştirak edirlər. Hər il fakültə kafedralarında tələbələrin  öz dərin biliklərini  nümayiş etdirdikləri universitetdaxili tələbə olimpiadaları keçirilir.

Istirahətin təşkili üçün fakültənin tələbə kollektivinin  hər cür şəraiti var.

Ötən onilliklərdə fakültə  Universitetlə birgə  şərəfli inkişaf yolu  keçmişdir. Bu gün  fakültə Universitetin  çoxprofilli,  iri  elmi-tədris bölmələrindən biridir.

Əlaqə: 

Ünvan: İ.Şamil pr., 70, ULK – 1

Tel.: 62-06-93

Kabinet: 226, 2-ci mərtəbə

Elektron  poçt: technodstu@mail.ru

 

 

Контакты:

Адрес: Пр. И. Шамиля 70, УЛК-1

Тел: 62-06-93

Кабинет: 226, 2 этаж.

Электронная почта: technodstu@mail.ru