+ + + + +
Обычная версия сайта
Russian
English
Français
Deutsch
Korean
AZERBAIDJAN
Федеральное государственное бюджетное образовательное учреждение высшего образования "Дагестанский государственный технический университет"

Neft, qaz və təbiətin abadlaşdırılması fakültəsi

Категории

Neft, qaz və təbiətin abadlaşdırılması fakültəsi

Dekan: t.e.d., professor Əliyev Rəsul Maqomedoviç

Neft, qaz və təbiətin abadlaşdırılması  fakültəsi Dağıstan Dövlət Texniki Universitetinin ən perspektivli fakültələrindən biridir. Müasir tədris-laboratoriya bazası, yüksək dərəcəli professor-müəllim heyəti (10 professor və elmlər doktoru, 40-dan çox elmlər namizədi, dosent, baş müəllim) fakültəmizə həm  DR-da, həm də onun hüdudlarından kənarda  tələb olunan yüksək səviyyəli mütəxəssis yetişdirməyə imkan verir.

Hazırda fakültə aşağıdakı istiqamətlər üzrə  bakalavr və magistr hazırlığını həyata keçirir:

 

Bakalavriat

o    131000.62 – «Neft və qaz işi»,

o    120700.62 – «Yer quruluşu və kadastr»,

o    280700.62 – «Texnosferin təhlükəsizliyi»,

o    280100.62 – «Təbiətin  abadlaşdırılması və sudan istifadə».

Magistratura

o   131000.68 – «Neft və qaz işi»,

o   120700.68 – «Yerin quruluşu və kadastr»,

o   280100.68 - «Təbiətin abadlaşdırılması və sudan istifadə».

Həmçinin aşağıdakı ixtisaslar üzrə  aspirantura  fəaliyyət göstərir: «Ekologiya» (2007-ci ildən)  və  «Meliorasiya, rekultivasiya və torpaq mühafizəsi» (2007-ci ildən). T.e.d. R.M.Əliyevin, t.e.d. S.N.Əmirovun və  g.-m.e.d.N.M.Bulayevanın rəhbərliyi altında «Neft və qaz işi» ixtisası üzrə aspirant hazırlığı işinə başlanmışdır.

Fakültənin tərkibinə 4 kafedra daxildir ki, onlardan   üçü buraxılış kafedrasıdır:

·             Neft və qaz işi kafedrası

·             meliorasiya, yer quruluşu və kadastr kafedrası

·             fövqəladə situasiyalarda müdafiə kafedrası

·             ekologiya kafedrası

Fakültə alimlərinin işləmələri uğurla istehsalatda və tərdris prisesində tətbiq olunur.  Kafedraların dövlət büdcəli və təsərrüfat hesablı  elmi-tədqiqat işində fakültə tələbələri də fəal iştirak edirlər. Fakültənin  elmdə qazandığı əsas nailiyyətləri sırasında faydalı qazıntı ehtiyatlarının  qiymətləndirilməsi üçün distant və informasiya texnologiyalarının  işlənməsi və tətbiqini, neft və qaz yataqlarının  kompleks sisteminin yaradılmasını göstərmək olar.

 

Fakültənin  əsas elmi istiqamətləri aşağıdakılardır:

 

-  Dağıstanın və onun ətrafındakı Xəzər akvatoriyasının   neft-qaz yataqlarının geologiyası;

- Məsaməli mühitdə faza keçidlərinin  və nanostrukturların  istilik-fiziki metodlarla öyrənilməsi;

- Yüksək təzyiq və temperatur şəraitində qaya və model mühitlərin  istilik-fiziki xassələrinin eksperimental və  nəzəri tədqiqi;

- neft və qaz  quyularının təcrid kompleksinin uzunömürlülüyünü yüksəldən texnoloji üsul və materialların işlənməsi;

- təbii və texnogen mənşəli mürəkkəblik şəraitində neft və qaz yataqlarının  işlənməsinin riyazi modellərinin  tədqiqi;

-  ekoloji nəticələrin monitorinqinin vahid ekoinformasiya sisteminin yaradılması;

- Suvarma sistemlərinin istismarının təkmilləşdirilməsi  və meliorasiyanın iqtisadi səmərəliliyi;

-  Eroziyaya qarşı və suya qənaət edən texnika və yamac torpaqlarda kənd təsərrüfatı bitkilərinin suvarma texnologiyası;

- EHM-da hidravlik proseslərin riyazi modelləşdirilməsi;

-  Torpaq qurğularında  filtrasiya hesablamaları nəzəriyyəsi;

-  Qərbi Xəzəryanının dağaltı-dənizyanı  düzənliyinin biogeosenozunun öyrənilməsi;

- Xəzər dənizinin ekoloji problemləri.

 

Hər il tələbə və müəllimlər beynəlxalq, Ümumrusiya, regional, ali məktəblərarası və tələbə konfranslarında, o cümlədən DDTU-nun illik yekun  elmi-texniki konfransında  iştirak edir.  Fakültədə mütəmadi olaraq Ümumrusiya, regional,  universitetdaxili  elmi-praktiki konfranslar keçirilir.  2013-cü ildə neft-qaz və meliorasiya, rekultivasiya və torpaq mühafizəsi kafedrasının kollektivinin hazırladığı əsərlər “Ən yaxşı elmi-məqalə-2013” Ümumrusiya müsabiqəsinin mükafatına layiq görülmüşdür. Müsabiqəyə təqdim olunmuş «Təbiətin abadlaşdırılması və sudan istifadə» 280100.62 – proqramını isə  ekspertlər yüksək  qiymətləndirərək “İnnovasiyalı Rusiyanın ən yaxşı  təhsil proqramları” arayış kitabçasına daxil etmişdir.

Tədris prosesinə və elmi-tədqiqat işinə uyğunlaşdırılmış maddi-texniki baza inkişaf etməkdədir (qazma trenajor-imitatoru, proqram təminatlı  kompüter otaqları, virtual laboratoriyalar istismar edilir). Tədris auditoriyaları  multimedia proyeksiya aparatları, əyani vəsaitlərlə təchiz olunmuşdur.

Fakültədə 320-dən çox tələbə təhsil alır.  Kütləvi-mədəni həyat rəngarəng olmaqla  müxtəlif növ hadisə və tədbirlərlə zəngindir. Fakültə tələbələri Universitetin tələbə həyatında, rəhbərlik tərəfindən fakültə və Universitet səviyyəsində təşkil olunan   tədbirlərdə, peşə seçimi işində fəal iştirak edir. Fakültənin bədii özfəaliyyət kollektivi Universitetdə ən yaxşı kollektivlərdən biridir. Kollektiv dəfələrlə universitetdaxili və ali məktəblərarası müsabiqələrin (“Tələbə yazı”, “Qafqaz xalqlarının özünəməxsusluğu” festifalı və s.) qalibi olmuşdur.

Fakültənin nəzdində   texnogen və təbii xarakterli xilasetmə işləri, respublikada və onun hüdudlarından kənarda keçirilən  axtarış-xilasetmə üzrə yarışlarda  dəfələrlə mükafat qazanmış Tələbə Xilasetmə Dəstəsi fəaliyyət göstərir.

Fakültə siyasətdə  və istehsalat fəaliyyətində, dünya çempionatlarında, Olimpiya oyunlarında, Avropa və SSRİ çempionatlarında  böyük uğurlar qazanmış məzunları ilə fəxr edir. 

Fəaliyyət göstərdiyi dövr ərzində fakültə təkcə Rusiyada deyil, ABŞ, Avstraliya, İsrail və digər ölkələrdə də tanınmış  2000-dən çox yüksək dərəcəli mütəxəssis yetişdirmişdir.

 

Əlaqə:

Ünvan:  Dağıstan Respublikası, Şamil pr.,  70, УЛК-2

Tel.., faks: (8722) 62-89-93

Kabinet:  dekanlıq

Elektron poçt: neftegazovoedelo@mail.ru

 

 

График работы:

Пн.-Пт.: с 8:30 до 16:30 (перерыв: с 13:00 до 14:00)

Сб.: с 8:30 до 13:30

Контакты: 

Адрес: 367015, Российская Федерация, Республика Дагестан, пр. И.Шамиля, 70

Тел: +7 (8722) 62-89-93

Электронная почта: fngip@mail.ru ; n-guseinova@mail.ru