+ + + + +
Обычная версия сайта
Russian
English
Français
Deutsch
Korean
AZERBAIDJAN
Федеральное государственное бюджетное образовательное учреждение высшего образования "Дагестанский государственный технический университет"

Gömrük işi və məhkəmə ekspertizası fakültəsi

Категории

Gömrük işi və məhkəmə ekspertizası fakültəsi

Dekan: Xalimbekov Hacımurad Ziyavutdinoviç - i.e.d., professor.

Gömrük işi və məhkəmə ekspertizası fakültəsi (GİvəME) 1999-cu ildə açılmış hüquq və gömrük işi  fakültəsinin və sosial-humanitar fakültəsinin  bazasında  2013-cü ildə yaradılmışdır.

Fakültəyə 1993-cü ildə Dağıstan Politexnik Instututunu bitirmiş i.e.d., professor Xalimbekov Hacımurad Ziyavutdinoviç rəhbərlik edir.  O, 2000-ci ilin iyun ayında aspiranturanı bitirdikdən sonra iqtisad elmləri üzrə namizədlik, 2006-cı ilə isə doktorluq  dissertasiyasını müdafiə etmişdir. 1995-ci ilin sentyabr ayından indiyədək DDTU-da regional iqtisadi problemlər elmi-tədqiqat laboratoriyasının elmi işçisi, laboratoriya müdiri, baş müəllim, dosent, professor, DDTU-nun Elmi Tədqiqatlar İdarəsinin rəisi, dövlət və bələdiyyə idarəçiliyi fakültəsinin dekanı, gömrük işi və məhkəmə ekspertizası fakültəsinin dekanı vəzifələrində işləmişdir.

Professor Xalimbekov Hacımurad Ziyavutdinoviç iqtisadiyyat və idarəetmə, regional iqtisadiyyat  sahəsində elmi iş aparır və aspirant və doktorantların elmi işinə rəhbərlik edir.  100-dən çox elmi əsərin, o cümlədən 6 monoqrafiyanın və 4 dərs vəsaitinin  müəllifidir. “Depressiv regionun investisiya siyasəti” monoqrafiyası və “İnvestisiya menecmenti” dərs vəsaiti “Ən yaxşı monoqrafiya” və “Ən yaxşı dərs vəsaiti” Ümumrusiya müsabiqəsinin  laureatı olmuşdur.

Rusiyanın Dağıstan ərazisində yerləşən gömrük orqanlarını yüksək ixtisaslı kadrlarla təmin etmək üçün  Dağıstan Dövlət Texniki Universitetində 1994-cü ildən  “Gömrük işi” ixtisası açılmışdır.

2003-cü ildə Rusiyanın cənubunda ilk dəfə olaraq Dağıstan Dövlət Texniki Universitetində “Məhkəmə  ekspertizası” fakültəsi açılmışdır. 2004-cü ildə DDTU-da hüquq-mühafizə orqanlarında gedən yeni inkişaf tendensiyalarına cavab olaraq “Hüquqşünaslıqda tətbiqi informatika” ixtisası açılmışdır.  

 

 

Fakültədə 8 kafedra fəaliyyət göstərir:

·                    gömrük işi  və hüquqşünaslıq

·                    məhkəmə ekspertizası və kriminalistika

·                    tətbiqi informatika və Hüquqşünaslıq

·                    ictimaiyyətlə əlaqələr

·                    sosial-humanitar servis və turizm

·                    psixologiya

·                    rus dili

·                    bədən tərbiyəsi

Fakültə ali peşə təhsilinin aşağıdakı  təhsil proqramları üzrə mütəxəssis hazırlığı həyata keçirir:

o    036401.65 «Gömrük işi»

o    031003.65 «Məhkəmə ekspertizası»

o    230700.62 «Tətbiqi informatika» (profil - «Tətbiqi informatika və hüquqşünasliq)

o    030900.62 «Hüquqşünaslıq» (profil - «Dövlət və hüquq»)

o    100100.62 «Servis» (profil - «Sosiomədəni servis»)

o  100400.62 «Turizm» (profil  - «Turizm operatorları və turizm agentliyi xidmətlərinin texnologiyası və təşkili»)

o    030300.62 «Psixologiya» (profil  -  «Psixologiya»)

o    031600.62 «Reklam və ictimaiyyətlə əlaqə» (profil - «Dövlət və bələdiyyə idarəetmə sistemində  reklam və ictimaiyyətlə əlaqə»)

o    035800.62 «Fundamental və tətbiqi linqvistika» (profil - «Fundamental və tətbiqi linqvistika»).

Yüksək ixtisaslı mütəxəssis yetişdirmək üçün  fakültədə lazımi elmi və laboratoriya bazası var.  Tələbələrin təlimində müasir informasiya texnologiyalarından geniş istifadə olunur (fakültədə müasir texnika ilə təchiz olunmuş və Universitetin lokal şəbəkəsinə qoşulmuş 4 kompüter otağı və linqafon kabineti fəaliyyət göstərir). Tədris auditoriyaları multimedia proyeksiya aparatları, audio- və videotexnika, əyani vəsaitlərlə təchiz  olunmuşdur).

Tədris prosesi təcrübəli müəllimlər tərəfindən təmin olunur. Onların arasında 10 elmlər doktoru və professor, 24 elmlər namizədi, dosent, baş müəllim var.

Fakültədə tədris prosesinin metodiki  nəşrlərlə təmin olunmasına böyük diqqət yetirilir. Bununla yanaşı müasir rus dilində gedən ən yeni proseslərin, Dağıstan Respublikasında ictimaiyyətlə əlaqələrin  öyrənilməsi istiqamətində də böyük elmi-tədqiqat işləri aparılır. Fakültə müəllimləri evristik metodlardan istifadəyə əsaslanan problemli təlim metodlarından uğurla istifadə edir, mürəkkəb həyat situasiyalarında olan  məhdud imkanlı uşaqların  və yeniyetmələrin psixologiyasını öyrənirlər.

Tədris prosesinin  keyfiyyətinin yüksəldilməsi üçün dərs deməyə xalq təsərrüfatı sahələrində (DİN, Ədliyyə Nazirliyi, DR Prokurorluğu, Dağıstan Gömrüyü, DR-nın  nazirlik və idarələri, REA DEM) praktiki iş təcrübəsinə malik  olan  mütəxəssislər cəlb olunur.

Fakültə Rusiyanın aparıcı ali məktəbləri ilə, o cümlədən Moskva Dövlət Universiteti, Rusiya Dövlət Xalqlar Dostluğu Universiteti, Bauman adına MDTU, RF Hökuməti yanında  Maliyyə Universiteti, RF Prezidenti yanında   Xalq Təsərrüfatı və Dövlət Qullugu Akademiyası (RXT və DQA), Sankt Peterburq Dövlət Universiteti, Rusiya DİN Saratov Hüquq İnstututu, Volqoqrad Dövlət Universiteti, Rusiya Gömrük Akademiyası,   Soçi Dövlət Turizm və Kurort İşi Universiteti, Şimali Qafqaz Federal Universiteti, Cənub Federal  Universiteti,  Soçi Moda, Biznes və Hüquq  İnstitutu, Çeçenstan Dövlət Universiteti ilə sıx əlaqələr saxlayır.

Mütəxəssis hazırlığının keyfiyyətinin yüksəldilməsində ən mühüm vasitə müəllim və tələbələrin elmi-tədqiqat işinin təşkilidir. Son 5 ildə fakültə əməkdaşları tərəfindən 380-dan çox elmi məqalə və tədris-metodiki işləmələr dərc edilmişdir. Müəllimlərin rəhbərliyi altında tələbələr eksperiment, modelləşdirmə, elmi nəticələrin statistik emalı  metodlarına yiyələnirlər.

Müəllim və tələbələr Ümumrusiya və respublika konfranslarında fəal iştirak edirlər.  Elmi işdə özlərini yaxşı göstərmiş məzunlara DDTU-nun və digər ali məktəblərin aspiranturasında təhsillərini davam etdirmək  imkanı verilir.

Dərnək işi elmə cəlb etmənin bir forması olmaqla tələbələrə tədqiqatçılıq qabiliyyətlərini nümayiş etdirmək  imkanı verən ilkin mərhələdir.

Fakültədə üç elmi-tədqiqat dərnəyi fəaliyyət göstərir:

o    «Kriminalist» (məhkəmə ekspertizası və kriminalistika kafedrasının nəzdində; rəhbərlər – dosent N.K.Sanayev və baş müəllim Ş.Z.Aslanov).

o    «İnformatik hüquqşünas» (tətbiqi informatika və hüquqşünaslıq kafedrasının nəzdində; rəhbər – assistent M.A.Maqomedova);

o    «Hüquqşünas» (hüquqşünaslıq və politologiya kafedrası nəzdində; rəhbər – professor İ.A.Orucov).

Bu dərnəklərin məqsədi tələbələrə  seçdikləri ixtisas üzrə dərin biliklər verməkdir. Əldə etdikləri biliklər məzunlara nazirlik və idarələrdə, gömrük orqanlarında, hüquq-mühafizə orqanlarında, xarici iqtisadi fəaliyyətlə məşğul olan müəssisə və təşkilatlarda, elmi müəssisələrdə və tədris ocaqlarında işləmək imkanı verir.

Tələbələr  praktikanı təlimin profilinə uyğun olan  nazirlik və idarələrdə, müəssisə və təşkilatlarda. Dağıstan Gömrüyündə, hüquq-mühafizə orqanlarında keçir.

Fakültənin tələbə kollektivi müxtəlif  müsabiqə və olimpiadalarda, beynəlxalq və Ümumrusiya elmi konfranslarında,  RFTF, RHEF və FMP qrantlarına təqdim olunan elmi işlərin müsabiqəsində, “Tələbə yazı”, “Planetin eruditləri”, “Breyn-rinq”, “Xalqın özünəməxsusluğü” və digər müsabiqələrdə  fəal iştirak edir. Bu, gənclərin yaradıcı potensialının reallaşmasına və intellektual imkanlarının açıqlanmasına  səbəb olur.

Əlaqə: 

Ünvan: Dağıstan Respublikası

Maxaçkala şəhəri, Şamil pr., 70, ULK-1 

Tel.: 62-06-92 

Elektron ünvan: fptd@dstu.ru 

Студенты факультета в гостя у воспитанников Социально-Реабилитационного центра для несовершеннолетних (СРЦ) г.Махачкалы
Турнир по мини-футболу на Кубок декана между командами академических групп факультета
Посещение студентами факультета знаменитого Сулакского каньона

 

График работы:

Пн.-Пт.: с 8:30 до 17:30 (перерыв: с 13:00 до 14:00)

Сб.: с 8:30 до 17:30

Контакты: 

Адрес: 367015, Российская Федерация, Республика Дагестан, пр. И.Шамиля, 70

Тел: +7 (8722) 62-06-92 

Электронная почта: tdise@mail.ru