+ + + + +
Обычная версия сайта
Russian
English
Français
Deutsch
Korean
AZERBAIDJAN
Федеральное государственное бюджетное образовательное учреждение высшего образования "Дагестанский государственный технический университет"

İxtisasartırma və yenidən hazırlıq fakültəsi

Dekan: Şahmayeva Ayşət Rəsulovna, t.e.n., dosent

Fakültəyə t.e.n., dosent  Şahmayeva Ayşət Rəsulovna rəhbərlik edir. O, 1988-ci ildə Dağıstan Dövlət Politexnik institutunu, 1996-cı ildə “Pulsar” ETİ (Moskva şəhəri) aspiranturasını bitirmişdir. 1999-cu ildə namizədlik dissertasiyasını müdafiə etmişdir (Sankt-Peterburq şəhəri).  1994-cü ildən  DDTU-da  baş elmi işçi, baş müəllim, dosent, rəhbər işçilərin və mütəxəssislərin  dərəcələrinin artırılması və yenidən  hazırlığı  fakültəsinin dekanı vəzifələrində işləmişdir. A.R.Şahmayeva bərk cisimli elektronika, mikroelektronika, nanoelektronika sahələrində elmi iş aparır. 100-dən çox elmi əsərin, o cümlədən 2 monoqrafiyanın  (“Güclü tranzistorların  fəal sahələrinin formalaşdırılması proseslərinin optimallaşdırılması” və “Güc elektronikasının  tranzistor strukturları”),  30-dan çox ixtira  patentinin müəllifidir.

 

Fakültənin təməli  2004-cü ildə qoyulmuşdur. Burada  ali məktəbin təhsil proqramlarına uyğun olaraq rəhbər işçilərə və mütəxəssislərə dərəcələrin arıtırlması və  yenidən hazırlıq proqramları üzrə  təlim keçirilməsi üçün nəhəng maddi-texniki baza yaradılmışdır. 

Fakültənin əsas vəzifələri aşağıdakılardan ibarətdir:

- xalq təsərrüfatı sahələrinin, müəssisə və təşkilatların   rəhbər işçi və mütəxəssislərinin dərəcələrini artırmağa  və yenidən hazırlığa olan tələbatının ödənilməsi;

- dinləyicilər tərəfindən  Hökumətin sənədlərinin, bazar münasibətlərində iqtisadi siyasətin, istehsalata ən müasir  rəhbərlik metodlarının, ölkəmizin və   xarici ölkələrin elm və texnika sahəsində   əldə etdiyi ən yeni nailiyyətlərin, hesablama texnikasından istifadə etməklə əməyin elmi təşkilinin, istehsal proseslərinin avtomatlaşdırma və mexanikləşdirmə vasitələrinin    öyrənilməsi və qabaqcıl elmi və istehsal-texniki təcrübə mübadiləsi   yolu ilə  peşə biliklərinin genişləndirilməsi və  dərinləşdirilməsi, rəhbər işçilərin  və mütəxəssislərin  işgüzar keyfiyyətlərinin təkmilləşdirilməsi;

- təhsil fəaliyyətinə təlimin  fəal metodlarının və texniki vasitələrinin tətbiqi;

 - dinləyicilərdə kollektivə rəhbərlik, iqtisadi, istehsalat və sosial vəzifələrin yaradıcı həll etmək  bacarılqarının  inkişaf etdirilməsi;

- rəhbər işçilərin və mütəxəssislərin  dövlət idarəçiliyi, bazar iqtisadiyyatı, xarici iqtisadi fəaliyyət, istesalatın, ən yeni texnologiyaların və s.  təşkili  və s. məsələlərdə   dərəcələrinin artırılması və yenidən hazırlığı;

-  dinləyicilərin  qabaqcıl müəssisələrdə  staj keçməsinin  təşkili və ona rəhbərlik, habelə  yeni müəssisə və istehsalat üçün mühəndis-texniki kadrların yenidən hazırlığı.

Əlavə təhsil proqramları üzrə  təlim prosesinə Universitetin  yüksək dərəcəli kadrları – təcrübəli professor və  dosentlər cəlb olunmuşdur.  Kurslarda dərs keçmək üçün yüksək dərəcəli rəhbər işçilər və  böyük praktiki təcrübəyə malik idarəetmə  mütəxəssisləri  dəvət olunur.

 

Fakültədə ildə orta hesabla 2500 nəfər təhsil alır.

Əlaqə:

Ünvan: Maxaçkala şəhəri, İ.Şamil pr., 70.

Tel./faks: 8 (8722) 62-98-93

 

Elektron ünvan: fpk@dstu.rufpk12@mail.ru