+ + + + +
Обычная версия сайта
Russian
English
Français
Deutsch
Korean
AZERBAIDJAN
Федеральное государственное бюджетное образовательное учреждение высшего образования "Дагестанский государственный технический университет"

Magistr hazırlığı fakültəsi

Magistr hazırlığı fakültəsi

Dekan: Xizriyeva Zabiya Əhməd-Paşayevna, i.e.n.

Xizriyeva Zabiya Əhməd-Paşayevna, Magistr hazırlığı fakültəsinin dekanı, i.e.n.

2006-ci ilin sentyabrından Z.Ə.Xizriyeva  DDTU-da yol hərəkətinin təşkili və təhlükəsizliyi kafedrasının baş müəllimi, sonra isə dosenti vəzifələrində işləmişdir. 2006-cı ilin oktyabrında  nəqliyyat fakültəsinə tərbiyə işləri üzrə  dekan müavini təyin olunmuş, tələbələrlə tərbiyə işləri aparmış və öz fəaliyyətinə görə iki mükafat almışdır.

2011-ci ilin yanvarında  Z.Ə.Xizriyeva  Elmi tədqiqatlar İdarəsinin   rəisi vəzifəsinə təyin olunmuşdur. Bu vəzifədə o, özünü ciddi, prinsipial rəhbər kimi  göstərmişdir. 2012-ci ilin iyulunda Z.Ə.Xizriyeva   Magistr hazırlığı fakültəsinə dekan təyin olunmuşdur.

Magistratura ali peşə təhsilinin  ikinci pilləsində təhsili davam etdirmək imkanıdır.  Məzunlara  dövlət  diplomu  və magistr akademik dərəcəsi verilir. Magistr hazırlığı elmi-tədqiqat fəaliyyətinə yönləndirilir. Magistr proqramları ali peşə təhsil sistemində müvafiq sahələr üzrə  daha dərin peşə biliklərinin, bacarıq və vərdişlərin əldə edilməsini nəzərdə tutan və bir və ya bir neçə fəaliyyət (elmi-tədqiqat, elmi-pedaqoji, layihə, layihə-konstruktor, texnoloji, təşkilatçılıq,  innovasiya) növləri üzrə hazırlığa istiqamətlənən   ikinci səviyyəli təhsil proqramlarıdır. Magistraturada dərslər magistrin özünün biliklərə yiyələnmə prosesində fəal  olmasını nəzərdə tutur. Qəbul imtahanını uğurla vermək şərtilə magistraturaya  bakalavr diplomu olan və ya hər hansı digər peşə sahəsi üzrə  diplomu olan   məzun daxil ola bilər. 

 

Magistrlik  dissertasiyası elmi rəhbərin rəhbərliyi altında yerinə yetirilən müstəqil elmi tədqiqatdır. Magistraturada tələbələrin sayı hər proqram üzrə  bir qayda olaraq 20-dən çox olmur ki, bu da  təlim prosesini praktiki olaraq  fərdiləşdirir. Təlim tələbənin fəal sərbəst işinə söykənir.  Magistraturanın sonuncu semestrində   buraxılış işinin, yəni  magistrlik dissertasiyasının  müdafiəsi və  buraxılış imtahanlarının verilməsi nəzərdə tutulur.

Magistr iki illik təlimi uğurla başa çatdırmış  magistratura proqramının  məzununa verilən  dərəcədir. Magistraturanın  vəzifəsi elmi müəssisələr, ali məktəb müəssisələri və  sənayenin elmtutumlu  sahələri üçün kadr hazırlığını təmin etməkdir.

 

“Magistr hazırlığı” fakültəsi  APT FDBTM “Dağıstan Dövlət Texniki Universitet”inin  Universitetin  Elmi Şurasının 13.07.2012-ci il tarixli Qərarı əsasında Universitetin  rektorunun  əmri ilə magistr proqramlarının həyata keçirilməsi  ilə bağlı təşkili və metodik işin əlaqələndirilməsi və mütəxəssis hazırlığı prosesinin təşkilinin  keyfiyyətinə nəzarət  məqsədilə yaradılmış  elmi-tədris, struktur bölməsidir.

“Magistr hazırlığı” fakültəsinin  əsas vəzifələri aşağıdakılardan ibarətdir:

·  əsas tədris sənədlərinin aparılması;

· əsas təhsil proqramlarının işlənməsində  kafedraların qarşılıqlı təsirlərinin təşkili;

· tədris prosesini reqlamentləşdirən  normativ-metodiki sənədlərin təkmilləşdirilməsi.

Vəzifələrə uyğun olaraq “Magistr hazırlığı” fakültəsi aşağıdakı funksiyaları yerinə yetirir:

· magistr-tələbələrin  hazırlığı üzrə tədris  prosesinin təşkili istiqamətində kafedraların işinin əlaqələndirilmsəi və nəzarət;

· professor-müəllim heyətinin təşkili-metodiki işinin əlaqələndirilməsi;

· normativ sənədlər əsasənda magistr hazırlığı üzrə təlimat və metodiki materiallarla informasiya təminarı;

· magistrantların praktikasının təşkili və keçirilməsinin monitorinqi;

·  kafedraların tədris prosesinin informasiya-kitabxana təminatı üzrə işinin əlaqələndirilməsi və nəzarət;

· magistratura istiqamətləri və proqramlarının FDTS-na (III nəsil) müvafiq proqram məhsulları ilə tədris-metodiki və laboratoriya təminatının planlaşdırılması və icrasına nəzarət;

· kafedraların dissertasiya şuralarının və magistr dissertasiyalarının müdafiəsi üzrə işinin  əlaqələndirilməsi;

· magistratura üzrə uçotun aparılması və statistik məlumatlar  hesabatının hazırlanması;

·  magistr hazırlığı üzrə tədris prosesinə, cari aralıq və yekun attestasiyalara  nəzarət.

 Fakültə əməkdaşları APT FDTS-na müvafiq olaraq  magistr hazırlığının  istiqamətləri üzrə tədris prosesinin təşkilində və nəzarətində iştirak edir, tədris və tədris-metodiki sənədlərlərin hazırlanmasında, habelə magistratura proqramlarının akkreditasiyasının hazırlanmasında və akkreditasiya prosedurlarının  sənədləşdirilməsində kafedralara təşkili və metodiki yardım göstərir.

DDTU-nun buraxılış kafedralarında 40 istiqamət üzrə  80 magistr təhsil proqramı təsbit olunmuşdur.

Bakalavr dərəcəsini alan tələbələr və fəaliyyət göstərən mütəxəssislər ali akademik dərəcə olan magistr dərəcəsi ala bilir. Dövlət diplomu verilməklə magistr dərəcəsi magistr hazırlığı planını tam yerinə yetirmiş və magistrlik dissertasiyasını müdafiə etmiş  şəxslərə verilir.

DDTU-nun magistr proqramlarının reallaşdırılması yüksək dərəcəli müəllim heyətin ilə təmin olunur. Magistr proqramlarının bütün rəhbərlərinin alimlik dərəcəsi və elmi adı var.  

 

График работы:

Пн.-Пт.: с 8:30 до 17:30 (перерыв: с 13:00 до 14:00)

Сб.: с 8:30 до 17:30

Контакты: 

Адрес: 367015, Российская Федерация, Республика Дагестан, пр. И.Шамиля, 70, 4-й этаж

Кабинет: 436

Тел: +7 (928) 048 97 85

Электронная почта:  magistraturadstu@mail.ru