+ + + + +
Обычная версия сайта
Russian
English
Français
Deutsch
Korean
AZERBAIDJAN
Федеральное государственное бюджетное образовательное учреждение высшего образования "Дагестанский государственный технический университет"

Tələbələrin idmanla məşğul olmaq imkanları

Категории

Tələbələrin idmanla məşğul olmaq imkanları

DDTU-da  bədən tərbiyəsi və idman   şəxsiyyətin ahəngdar inkişafının mühüm vasitəsi kimi  nəzərdən keçirilir. Bədən tərbiyəsi  cəmiyyət mədəniyyətinin tərkib hissəsi, fiziki tərbiyə isə -  dövlətin sosial siyasətinin  ən mühüm istiqamətlərindən biri kimi   nəzərdən keçirilir.

Universitetdə   neçə ildir ki,  idman və  sağlam  həyat tərzinin  təbliği, idman seksiyalarının, müxtəlif idman yarışlarının  təşkili,  idmançıların   şəhər, respublika spartakiadalarına, Rusiya, Avropa və dünya çempionatlarına  hazırlığı ilə məşğul olan “Politex” idman klubu çox populyardır. Mütəmadi olaraq DDTU-nun həm  bədən tərbiyəsi kafedrasının müəllimlərinin, həm də  idmançıların iştirak etdiyi diskussiya meydançaları, dəyirmi masa, seminarlar keçirilir. Idman klubunun nəzdində iki futbol meydançası fəaliyyət göstərir. Tədris korpuslarında  xüsusi təchiz olunmuş müasir zallar yerləşmişdir.  Ağır atletika, yadro tullama, fitneslə  məşğul olmaq üçün  iki trenajor zalı, stolüstü tennis zalı,  basketbol və voleybol meydançaları,  gimnastika şəhərciyi, boks rinqi vardır.

Sərbəsgt güləş seksiyası tələbələrdə xüsusi marağa səbəb olur. Idmanın doqquz növü (sərbəst güləş, stolüstü tennis, voleybol, basketbol, futbol, şahmat, dzü-do, gimnastika, ağır atletika, boks) üzrə seksiyalar fəaliyyət göstərir. Burada gənclər öz qabiliyyətlərini reallaşdırır və layiqli qələbələr əldə edirlər. 

“Politex” futbol komandası CFD və ŞQFD-si ali məktəbləri arasında ən güclü idman komandalarından biridir. Universitetdə fəaliyyət göstərən  idman seksiyalarının hər birinin keyfiyyətli məşq prosesini  təmin edən   məşqçi müəllimləri var.

DR ali məktəbləri arasında DDTU-nun rektoru prof. T.Ə.İsmayılovun kuboku uğrunda  futbol yarışlarının keçirilməsi artıq ənənəyə çevrilmişdir. Hər il  universitetin müəllim və tələbələrinin iştiakı ilə şahmat və şaşki turnirləri təşkil olunur. Sonuncu belə turnir rekord sayda (2100)  iştirakçını cəlb etmişdir.

Universietin yığma komandaları  ən yaxşı idmançılardan təşkil olunur. Onlar  respublikada və onun hüdudlarından kənarda  keçirilən  bütün kütləvi-idman yarışlarında fəal  iştirak edir, mükafat yerlərini tuturlar.

Universitetdə bədən tərbiyəsi və  idmanla məşğul olmaq üçün maddi-texniki bazanın təkmilləşdirilməsinə xüsusi diqqət yetirilir.  Gənclər arasında turizm (dağa çıxma, raftinq, piyada turizmi, dağ turizmi) də populyardır. Universitetin komandası  “Yığma qoşun döyüşçüsü”  hərbi-idman oyununun iştirakçısı  kimi son üç ildə Dağıstan Respublikasının   ali məktəbləri arasında qələbə qazanır.

DDTU-nun “Varislər” klubunun komandası   Dağıstanın ən yüksək zirvələri olan Bazardüzü və Yerıdağ zirvələrinə qalxmış alpinizm üzrə Beynəlxalq festifalının iştirakçılarıdır.

DDTU-da daima  tələbələrin  görkəmli idmançılarla, Olimpiya oyunlarının çempionları, dünya, Avropa və Rusiya çempionları  ilə görüşləri  keçirilir.

 

 

DDTU-da  kütləvi tələbə idmanının təbliği ilə məğul olan  “İdman oyunlarının inkişafı üzrə elmi-metodiki mərkəz” fəaliyyət göstərir.

DDTU-nun ərazisində  “Vahid Rusiya” partiyasının  “500 körfəz”  federal layihəsi üzrə  körfəz tikilir.

DDTU-da yetişdirilmiş idmançılar beynəlxalq, Ümumrusiya və regional səviyyəli  müxtəlif çempionatların qalibləridir. Bizim sərbəst güləşçilərimizin, kikboksçularımızın, dzüdoçularımızın adları bütün dünyada məşhurdur (Şahnavazov Nurməhəmmməd, Hacıyev Murad, Həmidov Əbdusəməd, Hacıxanov Nəsir, Məhəmmədov Zeynalabid, Şamilov Sədrəddin, Əfəndiyev  Zaur, Abakarov Rüstəm, Zirərov Sultan, Yusifov Məhəmməd və b.).