+ + + + +
Обычная версия сайта
Russian
English
Français
Deutsch
Korean
AZERBAIDJAN
Федеральное государственное бюджетное образовательное учреждение высшего образования "Дагестанский государственный технический университет"

Aspirantura və doktorantura idarəsi

Magistratura və doktorluq İdarəsinin saytı (aid.dstu.ru)

Şöbəsinin müdiri - Gapparova Aminat Migdatovna - i.e.n.,

İdarə  rəisi – Qapparova Aminat Mikdadovna, i.e.n.

Qapparova Aminat Mikdadovna Dağıstan dövlət texniki universitetin texnologiya  fakültəsini  2001-ci ildə bitirmişdir.

DDTU-da 1994-ü ilin sentyabrından  aşağıdakı vəzifələrdə işləmişdir: tədris şöbəsinin statistikası, tədris-metodiki idarənin  baş metodisti, universitetin Elmi Şurasının elmi katibi. 2012-ci ildə Aspirantura və doktorantura idarəsinin rəisi vəzifəsinə təyin olunmuşdur.

2007-ci ildə ona  iqtisad elmləri namizədi elmi dərəcəsi  verilmişdir.

 

A.M.Qapparova 20-dən çox elmi və elmi-metodiki  iş, o cümlədən  TNİ-nin qrifi ilə  monoqrafiya və  dərs vəsaiti  çap etdirmişdir.

DDTU-da ali məktəbdən sonrakı peşə təhsili

“Dağıstan Dövlət Texniki Universiteti” Ali Peşə Təhsili Federal Dövlət Büdcə Təhsil müəssisəsi dövlət akkreditasiyasından keçmiş və ali məktəbdən sonrakı peşə təhsili sahəsində təhsil fəaliyyətini həyata keçirməyə lisenziyası olan  ali təhsil müəsissəsidir.

Universitetdə aspirantura və doktorantura 25 ildən çoxdur ki, fəaliyyət göstərir. Hazırda universitetdə ali dərəcəli elmi-pedaqoji kadr  hazırlığı doktoranturada 5 elmi ixtisas üzrə, aspiranturada – büdcə və müqavilə əsasında, habelə büdcə və müqavilə əsasında iddia formasında  aşağıdakı 13 elmi sahəni əhatə edən  41 ixtisas üzrə aparılır: texnika, fizika-riyaziyyat, kimya, biologiya, kənd təsərrüfatı, tarix, iqtisadiyyat, fəlsəfə,  filologiya, hüquq, psixologiya, sənətşünaslıq və sosiologiya.

Universitetin aspirantura və doktoranturasında  400-ə yaxın aspirant, doktorant və iddiaçı təlim keçir. Elmin sahələri və  elmi ixtisaslar üzrə aspirant və doktorant hazırlığı qüvvədə olan elmi işçilərin ixtisas nomentklaturasına uyğun həyata keçirilir.  Aspirantlara  universitetin tanınmış elmlər doktorları, professorları rəhbərlik edir.

Aspirant və iddiaçılar  universitetin elmi, tədris və ictimai həyatında fəal iştirak edir,  RF Təhsil və elm Nazirliyinin elmi-texniki proqramları,  Məqsədli Federal proqramları çərçivəsində və təsərrüfat müqaviləsi əsaslarında ETİ yerinə yetirir.  Texniki ixtisas üzrə  aspirant və doktorantlar sorğu verərək   ixtiralara patent əldə edir, beynəlxalq, Ümumrusiya və  regional  konfrans, simpozium, seminarlarda  məruzələrlə çıxış edir, elmi tədqiqatların nəticələrini  elmi işlər toplusunda və elmi jurnallarda dərc edirlər.

Ən yaxşı aspirantların namizədliyi  hər il RF Prezidentinin, RF Hökumətinin və Dağıstan Respublikası Prezidentinin  Təqaüdünə irəli sürülür.  

Universitetin nəzdində doktorluq və namizədlik dissertasiyalarının müdafiəsi üzrə şuralar fəaliyyət göstərir.   Ən mühüm istiqamətlər üzrə aparılan elmi tədqiqatlar, yüksək dərəcəli elmi-pedaqoji heyət, doktorluq və  namizədlik dissertasiyalarının müdafiə şuraları  DDTU-da aspirantura və doktoranturanın uğurla fəaliyyət göstərməsi üçün  lazım olan bütün  şəraiti  yaradır.